AZ

Toğrul Əliyev: “Kredit bürolarının rolu texnoloji, əməliyyat və strateji səviyyədə genişlənməkdədir”

“Kredit büroları rəqəmsal müştəri uyğunluğu tədbirləri infrastrukturunun qurulması və "öz müştərini tanı" prinsiplərinin daha effektiv tətbiqi baxımından mühüm rol oynaya bilər.Bu fikri Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev I Beynəlxalq Kredit Hesabatlılığı Konfransındakı çıxışında səsləndirib.

T.Əliyevin sözlərinə görə, elektron hökumət sistemləri çərçivəsində mövcud olan identifikasiya və müxtəlif hesabatlılıq bazaları ilə inteqrasiya edilərək real vaxt rejimində şəxsiyyətin təsdiqi və autentifikasiya xidmətləri ilə paralel, biznes subyektlərinin maliyyə hesabatlılığı əsasında çevik təhlil xidmətlərini təqdim edə bilərlər: "Kredit hesabatlılığı və qərarvermə proseslərinin perspektivləri kontekstində süni intellekt və maşınlar vasitəsilə öyrənmə texnologiyalarının roluna nəzər salmağımız faydalı olardı. Məlumdur ki, süni intellekt əsaslı modellər ənənəvi kredit skorinqinin bacarmadığı qədər böyük və mürəkkəb məlumat bazalarını emal edərək daha dəqiq proqnozlar vermək imkanlarını hədəfləyir. Bu, risklərin daha təfərrüatlı seqmentləşdirilməsinə, kredit qərarlarının daha sürətli verilməsinə və qeyri-standart məlumatların modellərə daxil edilməsinə imkan verir".

Bu texnologiyaların maliyyə sektoru üçünməsuliyyət də formalaşdırdığını deyən T.Əliyev əlavə edib ki, süni intellektdən istifadə effektivliyi və inklüzivliyi artırsa da, model risklərinin idarə edilməsi və alqoritm şəffaflığı kimi məsələlər müəyyən narahatlıqlar yaradır: "Bu baxımdanpotensial məhsulların xüsusiyyətləri bütün nəzarət orqanları üçün olduğu kimi, bizim də maraq dairəmizə daxildir. Kredit bürolarının rolu texnoloji, əməliyyat və strateji səviyyədə genişlənməkdədir. Ümumi bir maliyyə-texnologiya ekosisteminin iştirakçıları olaraq, qarşılıqlı əməkdaşlığımızın ortaya çıxan çağırışları inamla həll etməyə, faydaları isə maksimal səviyyədə dəyərləndirməyə imkan yaradacağından əminik. Bu baxımdan, kredit hesabatlılığı sisteminin inkişafı bu gün Azərbaycan Kredit Bürosunun timsalında uğurla davam etdirilir.

Azərbaycan Mərkəzi Bankı olaraq bu sahədə fəaliyyətimizi bundan sonra da sistemli və ardıcıl şəkildə davam etdirmək niyyətindəyik. Əminəm ki, dövlət qurumları, maliyyə sektoru iştirakçıları, AKB və beynəlxalq tərəfdaşlarımızla birgə səylərimiz nəticəsində daha modern, təhlükəsiz və dayanıqlı maliyyə mühiti formalaşacaq".

Seçilən
13
vergiler.az

1Mənbələr