AZ

Azərbaycan millisinin üzvü karyerasını "Neftçi"də yox, xaricdə davam etdirəcək

BAKI, 23 iyun. TELEQRAF

“Neftçi” ilə danışığım olmayıb. Ora keçəcəyimlə bağlı xəbərlər isə həqiqəti əks etdirmir”.

Bunu Teleqraf-a açıqlamasında hazırda azad agent statusunda olan Azərbaycan milli komandasının futbolçusu Rövlan Muradov deyib.

27 yaşlı yarımmüdafiəçi Azərbaycan klubları, xüsusilə “ağ-qaralar”la razılaşması barədə məlumatları təkzib edib: “Elə bir şey yoxdur. Fikrim karyeramı ölkə xaricində davam etdirməkdir”.

Legioner həyatı yaşamaq istəyən Muradov qərar qəbulu üçün tələsmək fikrində olmadığını qeyd edib: “Gözləyirəm, təkliflər var, amma real heç nə yoxdur. Karyeramı harada davam etdirəcəyimi tam dəqiq bilmirəm. Hər an xəbər ola bilər”.

Qeyd edək ki, Rövlan Muradov 2023-cü ildə “Qəbələ”dən 2 illik müqavilə ilə “Sumqayıt”a transfer olunub. O, ötən mövsüm "gənclik şəhəri" təmsilçisinin heyətində bütün turnirlərdə 30 oyun keçirib, 1 qol vurub, 4 məhsuldar ötürmə verib.

Seçilən
42
34
teleqraf.com

10Mənbələr