AZ

Xırdalanda polis gecə səs-küy salan 10 motosiklet sürəni saxladı - ANBAAN VİDEO

Tədbirlər zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, yüksək səslə küçə və prospektlərdə hərəkət edərək sakinlərin haqlı narazılığına səbəb olan 10 motosiklet sürücüsü saxlanılıb.

Far.Az-in məlumatına görə, texniki müayinə zamanı həmin nəqliyyat vasitələrinin bir çoxunun səsboğucularına sürücülər tərəfindən qəsdən müdaxilə edildiyi aşkarlanıb.

Eləcə də avtomobillərdə konstruksiya dəyişikliyinə yol verən 12, sərxoş vəziyyətdə avtomobil idarə edən 2 və sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 4 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Həmçinin polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı 14, tullantıların urnalardan kənara atılmasına görə 6 və digər hüquqpozmalarla əlaqədar 12 fakt aşkarlanıb. Qeyd olunan inzibati xətaları törədən şəxslər barəsində tədbirlər görülüb.

Seçilən
0
2
far.az

3Mənbələr