AZ

Naxçıvanda istehlakçılara 3 mln. manata yaxın ƏDV məbləği geri qaytarılıb

Finss.az - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

2025-ci ilin yanvar-may aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 185 milyon manata yaxın olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz çoxdur.

Naxçıvanda ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir. İndiyədək MR-də layihə çərçivəsində istehlakçılara 3 milyon manatda yaxın ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-may aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 16,7 faiz artaraq 654,1 min manat olub.

Seçilən
0
6
fins.az

7Mənbələr