AZ

Dövlət qulluğunda səriştə modelinin tətbiq ilə bağlı hansı işlər görülüb?

Bakı. Trend:

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrasıüzrə Fəaliyyət Planı çərçivəsində qarşıya qoyulmuş əsas hədəflərdənbiri dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyiniartırmaq məqsədilə dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanansəriştə (kompetensiya) modelinin tətbiq edilməsidir.

Trend xəbərverir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin İdarə Heyətininsədri Məleykə Abbaszadənin “23 iyun - dövlət qulluqçularının peşəbayramı günü” məqaləsində yer alıb.

Sədr bildirib ki, tətbiq ediləcək model dövlət qulluğuvəzifələri üzrə yalnız formal tələbləri deyil, bu vəzifələrintutulması üçün zəruri səriştələri, onların ölçülməsi vəqiymətləndirilməsi mexanizmlərini də müəyyən edir:

“Bu modelin ancaq dövlət qulluğuna qəbul prosesində deyil,dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı daəsas meyar kimi tətbiq edilməsi nəzərdə tutulur. Bu məqsədlə Mərkəz2024-cü il ərzində ümumi səriştələrin qiymətləndirilməsi üzrəalətlərin-situasiya mühakimə testlərinin (SMT) hazırlanması üzrəbeynəlxalq ekspert tərəfindən keçirilən təlimlərdə iştirak edib, busahədə nəzəri və praktiki biliklərini genişləndirib. TəlimlərdəSMT-lərin hazırlanma prinsipləri, qiymətləndirmə meyarlarınınmüəyyənləşdirilməsi və tətbiqi üzrə beynəlxalq təcrübələrəəsaslanan metodlar təqdim edilib”.

M.Abbaszadə əlavə edib ki, hazırlanmış SMT-lərin keyfiyyətparametrlərinə uyğunluğunu və effektivliyini yoxlamaq məqsədiləgenişmiqyaslı sınaq tədbirləri təşkil edilib:

“Bu sınaqların əsas məqsədi SMT-lərin praktiki istifadəyə vəqiymətləndirmə meyarlarına uyğunluğunu, habelə dövlətqulluqçularının potensialını daha dəqiq müəyyənləşdirməklə bağlıeffektivliyini araşdırmaq olub. Sınaq prosesinə müxtəlif dövlətorqanlarında qulluq keçən dövlət qulluqçuları, həmçinin dövlətqulluğunda çalışmayan şəxslər cəlb edilib. Bu yanaşma müxtəlifəhali qruplarının iştirakını təmin etməklə SMT-lərin hərtərəfliyoxlanılmasına şərait yaradıb. Yeni alətlərin keyfiyyətparametrlərinin araşdırılmasının növbəti mərhələsində dövlətqulluqçuları 360 dərəcə qiymətləndirmə prosesinə cəlb edilib. Buqiymətləndirmənin nəticələri SMT-lərdən əldə edilən nəticələrləmüqayisə edilib və bu iki qiymətləndirmə aləti arasındakorrelyasiya ilə bağlı əlavə təhlillər aparılıb. Səriştə modelinindövlət qulluğunda tətbiqi ilə bağlı prosedur və mərhələlər dəqiqşəkildə müəyyən edilib və bir sıra mərkəzi icra hakimiyyətiorqanlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Buproses zamanı dövlət qulluğunda səriştə modelinin tətbiqi üzrəspesifik tələblər və əməkdaşlıq mexanizmləri razılaşdırılıb”.

M.Abbaszadə vurğulayıb ki, dövlət qulluqçularının texnikisəriştələrinin qiymətləndirilməsi üçün nəzəri modelin hazırlanmasıüzrə layihəyə başlanılıb:

“Bu çərçivədə müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarınınnümayəndələri və xarici ekspertlərin iştirakı ilə görüşlərkeçirilib. Görüşlər zamanı nəzəri modelin hazırlanması prosesindədövlət orqanları ilə əməkdaşlıq imkanları, eləcə də tətbiq ediləcəkqiymətləndirmə yanaşmaları müzakirə edilib. Bu o deməkdir ki,Azərbaycan əmək bazarındakı sürətli dəyişikliklərə uyğunlaşmaq üçünsəriştə əsaslı insan resurslarının idarəedilməsi modelinə keçməklədövlət qulluğuna qəbulda yeni yanaşmaya keçidi hədəfləyib. Ümumizehni qabiliyyətlərin qiymətləndirilməsini, strukturlaşdırılmışmüsahibələri və qiymətləndirmə mərkəzini özündə birləşdirən bu yeniyanaşma namizədlərin daha dəqiq qiymətləndirilməsini təmin etməyəvə vakant vəzifə üzrə ən uyğun namizədi seçməyə imkan verəcək”.

Seçilən
26
az.trend.az

1Mənbələr