“Qarabağ” Serbiya millisinin sabiq futbolçusu Duşan Tadiçlə maraqlanmasına dair mətbuatda yayılan məlumata münasibət bildirib.
Msport.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidməti xəbəri təkzib edib.
Azərbaycan çempionu 36 yaşlı yarımmüdafiəçi ilə danışıq aparılmadığını bildirib.
Qeyd edək ki, Niderland mətbuatı “Qarabağ”ın Duşan Tadiçlə maraqlandığını iddia edib.