"Avroviziya" təmsilçilərimiz Nigar Camal onu tənqid edən sosial şəbəkə istifadəçisini polisə şikayət edib.
Musavat.com xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb.
O bildirib ki, bir xanım onunla bağlı şər-böhtan xarakterli tənqidi status paylaşıb.
"Bu qadın adına ləkə olan qız mənim haqqımda feysbukda şər-böhtan xarakterli paylaşımlar edir. Doğruları yazanları isə "troll" adlandırır. Dəfələrlə xəbərdarlıq edilsə də, postları silmir" deyə, Nigar paylaşımında yazıb.
İfaçı polisə müraciət edib.
Könül
Musavat.com
