AZ

Azərbaycana xaricdən gəirilən avtomobillər BAHALAŞACAQ? —VACİB AÇIQLAMA

Yaxın Şərqdə İran və İsrail arasında artan gərginlik və hərbi toqquşma beynəlxalq ticarətə ciddi təsir göstərməkdədir.

Bu vəziyyət Azərbaycana Çin, BƏƏ və digər ölkələrdən idxal edilən avtomobillərin qiymətinə də birbaşa təsir edə bilər.

Hörmüz boğazı və yaxın ərazilərdə gərginlik artdıqca, dünyanın əsas ticarət yolları təhlükə altına düşür. Bu da həm dəniz daşımalarında, həm də karqo sığortalarında qiymət artımına səbəb olur.

Yaxın Şərqdə davam edən müharibə Azərbaycana gətirilən avtomobillərin qarşısını ala və ya qiymətlərə təsir edə bilərmi?

Nəqliyyat eksperti Eldəniz Cəfərov BAKU.WS-ə açıqlamasında bildirdi ki, Azərbaycana gətirilən avtomobillər üçün alternativ marşrutlar da mövcuddur:

"Qeyd edilən marşrutla Azərbaycana gətirilən avtomobillərin idxalında müəyyən ləngimələr var. Bu da aydın məsələdir ki, regionda müharibə gedir. Lakin bu vəziyyət Azərbaycana idxal olunan avtomobillərin bahalaşamasına səbəb olmayacaq.

Seçilən
2
2
demokrat.az

3Mənbələr