2025-ci ilin ilk rübündə Azərbaycana Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) 1 milyon 347 min ABŞ dolları həcmində birbaşa xarici investisiya yönəldilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 262 min ABŞ dolları və ya 16,3% azalıb.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana IFC-dən yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1 milyon 609 min ABŞ dolları olub.
Hesabat rübündə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş ümumi birbaşa investisiyalarda IFC-nin payı 0,1% təşkil edib. 2024-cü ildə isə bu göstərici 0,1% idi.