AZ

Rəhman Daşdəmirov daha 2 il “Sabah”da! - Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının da üzvü olan müdafiəçi Rəhman Daşdəmirov “Sabah”la yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı müdafiəçi ilə yeni anlaşmanın müddəti 2 illikdir. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu yay başa çatırdı. Yeni müqaviləyə əsasən, Rəhman 2027-ci ilin 30 iyununadək “Sabah”ın formasını geyinməyə davam edəcək.

Xatırladaq ki, sol cinah müdafiəçisi olan Rəhman Daşdəmirov “Neftçi”nin yetirməsidir. O, 2023-cü ildən “Sabah”ın uğurları üçün çalışır. 25 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 41 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Daşdəmirov MOİK və “Şamaxı”da da forma geyinib. Bu ilin mart ayında Azərbaycan milli komandasında debüt etmiş müdafiəçi meydana çıxdığı 4 oyunda fərqlənə bilməyib.

“Sabah” daha öncə Şakir Seyidov və Con İrasaballa yollarını ayırdığını açıqlamışdı. Gedənlərin əvəzində Akim Zedadka heyətə cəlb olunub. Həmçinin ötən mövsüm icarədə olmuş futbolçulardan Rüstəm Samiqullin, Fəxri Məmmədli və Rauf Rüstəmli də paytaxt klubuna qayıdıblar.

Seçilən
46
arena.az

1Mənbələr