AZ

Plagiat qalmaqalı böyüyür - Akunin təzminat ödəyəcək?

Yazar Tatyana Viktentyeva yazıçı Boris Akuninə qarşı plagiat işi üzrə iddiasını rədd edən məhkəmə qərarından apellyasiya şikayəti verib.


Kulis.az xəbər verir ki, 2023-cü ilin dekabrında Viktentyeva Moskvanın Taqan rayon məhkəməsinə müraciət edərək yazıçı Akuninin məşhur detektiv obrazı Erast Fandorin haqqında ilk romanı əsasında çəkilmiş “Fandorin. Azazel” serialının yayımlanmasının qadağan olunmasını tələb etmişdi.

Qadın yazıçı Akunini plagiatda ittiham edib — guya o, Viktentyevanın pyesini yenidən işləyib. İddia isə məhz serialın nümayişi ilə bağlı olmuşdu.

Yazıçı Tatyana Viktentyeva serialdan əldə olunan bütün gəlirin ona verilməsini, müəlliflik hüquqlarının tanınmasını, mini-serialın yayımının dayandırılmasını və mənəvi zərərin ödənilməsi üçün 1 milyon rubl təzminat tələb etmişdi. Lakin məhkəmə iddianı rədd edib. Qeyd edək ki, qərarın səbəbi isə ekspertizanın Akuninin əsərində heç bir plagiat əlaməti aşkar etməməsi olub.

Seçilən
9
1
kulis.az

2Mənbələr