AZ

Müdafiə Nazirliyində media və QHT nümayəndələri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Hərb TarixiMuzeyində hərbi qulluqçuların, bir sıra media və Qeyri-HökumətTəşkilatları (QHT) nümayəndələrinin, həmçinin ekspertlərin iştiraketdiyi tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, əvvəlcə Azərbaycan xalqınınÜmummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi,ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətənövladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, AzərbaycanRespublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə 2025-ci ilin birinci yarısında Müdafiə Nazirliyindəgörülən işlər barədə ümumi hesabat məlumatları elan olunub. Dahasonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiqqərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin KommunikasiyaStrategiyasının tələblərinə uyğun olaraq cari ilin birinciyarımilində icra edilmiş müvafiq fəaliyyətlər diqqətə çatdırılıb.Ordu quruculuğunda aparılan islahatların tərkib hissəsi kimi,strateji kommunikasiya sahəsinin də dövrün tələbləri və müasiryeniliklər çərçivəsində inkişaf etdirildiyi qeyd olunub.

Daha sonra tədbir iştirakçılarına “Dövlət qurumları və QHT-lərləiş”, “Media məkanında dövlət sirrinin mühafizəsi”, “Vətəndaşlarınmüraciətləri ilə iş” və digər mövzularda ətraflı məlumat verilib.Tədbirdə, həmçinin, Azərbaycan Ordusunda hərbi təhsil sahəsindəgörülən işlərdən, Milli Müdafiə Universitetinin tabeliyindəfəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri və qəbulqaydalarından danışılıb.

Tədbirin sonunda ətraflı fikir mübadiləsi aparılıb, təkliflərdinlənilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Seçilən
38
32
az.trend.az

10Mənbələr