AZ

“Tesla” “Robotaxi” xidmətini işə salıb

Bakı. Trend:

ABŞ-ın “Tesla” korporasiyası məhdud sayda istifadəçi üçünpilotsuz taksi (“Robotaxi”) xidmətini istifadəyə verib.

Trend xəbərverir ki, “İnsider” nəşrinin məlumatına görə, “Robotaxi” xidmətinəilk sifarişlər iyunun 22-də baş tutub.

Xidmət hazırda yalnız Texas ştatının Ostin şəhərində istifadəyəverilib. “Robotaxi” hələ ki yeni nəqliyyat növünü sınamaq istəyənistifadəçilər üçün məhdud rejimdə işləyəcək.

Korporasiyanın rəhbəri İlon Mask xidmətə cəlb olunanavtomobillərin yeni olduğunu və sərnişin daşımaları üçünhazırlandığını bildirib. Onun sözlərinə görə, istənilən “Tesla”avtomobili taksi kimi istifadə oluna biləcək şəklə salınabilər.

Xatırladaq ki, aprel ayının sonlarında “Tesla” öz işçiləri üçüntest rejimində “Robotaxi” xidmətini işə salıb. İlkin sınaqlarzamanı pilotsuz taksinin sükanı arxasında yalnız onun hərəkətinənəzarət edən operator oturub.

Seçilən
62
5
az.trend.az

5Mənbələr