BAKU.WS xəbər verir ki, ilk olaraq koronavirus (COVID-19) pandemiyası zamanı virusun bir neçə dəfə mutasiya edərək "Delta", "Omikron" kimi yeni variantlara çevrilməsi geniş yayılmış nümunə oldu. Bu mutasiyalar virusun həm yoluxuculuğunu, həm də orqanizmə təsir gücünü dəyişdirdi.
Digər bir təhlükə isə qrip virusu ilə bağlıdır. Hər il fərqli formaya düşən bu virus, yeni mövsümi mutasiyalarla ortaya çıxır və buna görə peyvəndlər mütəmadi olaraq yenilənməli olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qrip virusunun dəyişkənliyi epidemiyaların qarşısını almağı çətinləşdirir.
Son dövrlərdə bəzi bakterial infeksiyalar da antibiotiklərə qarşı davamlılıq qazanaraq "superbakteriya" adlandırılan formalara çevrilib. Bu isə müalicənin daha çətin və uzunmüddətli olmasına səbəb olur.
Eyni zamanda HİV, Ebola, Zika kimi viruslar da zaman-zaman mutasiyaya uğrayaraq fərqli coğrafiyalarda yeni yayılma dalğalarına səbəb olur. Mütəxəssislər bildirir ki, bu cür dəyişikliklər virusun genetik quruluşunda baş verən mutasiyalar nəticəsində yaranır.
7Mənbələr
-
konkret.azMutasiyaya uğrayan xəstəliklər – XƏBƏRDARLIQ ( 18559684)
-
news24.azMutasiyaya uğrayan xəstəliklər - XƏBƏRDARLIQ ( 18547867)
-
moderator.azMutasiyaya uğrayan xəstəliklər - XƏBƏRDARLIQ ( 18556843)
-
musavat.comMutasiyaya uğrayan xəstəliklər - XƏBƏRDARLIQ ( 18556537)
-
demokrat.azMutasiyaya uğrayan xəstəliklər: alimlər xəbərdarlıq edir ( 18544516)
-
far.azMutasiyaya uğrayan xəstəliklər: alimlər xəbərdarlıq edir ( 18540943)
-
baku.wsMutasiyaya uğrayan xəstəliklər: alimlər xəbərdarlıq edir ( 18540289)