AZ

Bədəndə səbəbi bilinməyən göyərmələr hansı xəstəliklərə işarədir?

Bədəndəki səbəbi bilinməyən qançırlar (göyərmələr) qalxanabənzər vəz, qaraciyər çatışmazlığı və qan xərçəngi ilə bağlı problemlərə işarə edə bilər.

News24.az "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, bunu amerikalı terapevt Sermed Mezer deyib.

Mütəxəssis xəbərdarlıq edib ki, qan xərçəngində trombosit çatışmazlığı səbəbindən tez-tez göyərmə müşahidə olunur.

Həkim əlavə edib ki, göyərmələrin əmələ gəlməsi dərinin və göz ağlarının saralması ilə müşayiət olunarsa, bu qaraciyər problemlərinin əlaməti ola bilər:

"Qaraciyər zədələndikdə, o, qanın laxtalanması üçün lazım olan kifayət qədər zülal istehsal edə bilmir".

Dəridə səbəbi məlum olmayan göyərmələrin əmələ gəlməsinin başqa bir patologiya qrupu qalxanabənzər vəzi ilə bağlı problemlərdir:

"Bu, qalxanabənzər vəzinin lazımi miqdarda hormon istehsal etmədiyi bir xəstəlikdir. Bu, əzələ zəifliyi, depressiya, şüurun bulanıqlığı, soyuğa qarşı həssaslıq kimi bir sıra simptomlara gətirib çıxarır"./oxu.az

Seçilən
2
2
news24.az

3Mənbələr