AZ

Enerji daşımaları 2 dəfə bahalaşıb “Risklər hələ də qalmaqdadır”

Yenisabah saytına istinadən ain.az xəbər verir.

“Milyon barel yük götürən tankerlərin günlük kirayə qiyməti konfliktdən əvvəl 20 min dollar idi. Bu gün isə qiymət artıq 40 min dolları keçib. Ancaq dünyanın başqa regionlarında qiymət artımı cəmi 10-12 faiz olub. 10-12 faiz hara, 2 dəfə artım hara. Bu isə risk dərəcəsini göstərir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib. O, bildirib ki, baş verən hadisələr neftin qiymətinə istənilən halda öz təsirini göstərib:

“Baş verən hadisələr neftin qiymətinə istənilən halda öz təsirini göstərib. İsrailin ilk zərbəsindən əvvəl neftin qiyməti 69.36 dollarla bağlanmışdı. Hazırda neftin bir bareli 78 dollardır. Səhər saatlarında isə 81 dolları keçmişdi. İran günün ilk saatlarından etibarən İsraili yenidən vurmağa başladı. Bu kimi xəbərlər istər-istəməz bazar iştirakçılarını təlatümdə saxlayır. Ona görə də, neftin qiyməti istənilən halda əvvəlkindən bahadır”. 

Ekspert qeyd edib ki, yük götürən tankerlərin günlük kirayə qiyməti konfliktdən sonra 2 dəfəyədək bahalaşıb:

“Milyon barel yük götürən tankerlərin günlük kirayə qiyməti konfliktdən əvvəl 20 min dollar idi. Bu gün isə qiymət artıq 40 min dolları keçib. Ancaq dünyanın başqa regionlarında qiymət artımı cəmi 10-12 faiz olub. 10-12 faiz hara, 2 dəfə artım hara. Bu isə risk dərəcəsini göstərir. Risk hələ qalmaqdadır. Bunun nə qədər davam edəcəyini zaman göstərəcək. Şükürlər olsun ki, hələlik 80-ci illərin İran-İraq müharibəsi tankerlərə ən çox atəş açılan və sıradan çıxarılan müharibə kimi tarixə düşüb. Biz hələlik belə həmlələr müşahidə etmirik. Ümumilikdə isə bazarın alıcılıq qabiliyyəti və neftin əlçatan qiyməti real olaraq 70 dolların ətrafındadır”.

Nazim Hacıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
yenisabah.az

2Mənbələr