AZ

Azərbaycan idmançıları MMA üzrə dünya çempionatında uğurla çıxış ediblər

Azərbaycan idmançıları Braziliyanın San-Paulo şəhərində keçirilən MMA üzrə dünya çempionatında uğurla çıxış ediblər.

Bakıvaxtı.az xəbər verir ki, U-18 yaş qrupunda Adil Abuzərov (61.2 kq) qızıl, Məhəmməd Niftullayev (65.8 kq) isə gümüş medal qazanıblar.

U-21 kateqoriyasında Elvin Qurbanov (56.7 kq), Əli Şərifov (74.9 kq) və Miramin Mirheydərzadə (70.3 kq) gümüş medala sahib çıxıblar.

Böyüklər arasında Sərdar Sərdarlı (65.8 kq) və Nihad Quliyev (74.9 kq) qızıl, Tofiq Niftəliyev isə (120.2 kq) bürünc medal əldə ediblər.

Seçilən
1
7
bakivaxti.az

8Mənbələr