AZ

ABŞ-ın iki məşhur bankı birləşə bilər - 3 trilyon dollarlıq qlobal şirkət...

"Bank of New York Mellon"(BNY Mellon) rəqibi olan "Northern Trust" ilə mümkün birləşmə imkanını araşdırır. 

Valyuta.az xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" öz mənbələrinə istinadən yayıb. 

Bildirilib ki, hər iki bankın rəhbərləri ilkin müzakirələr aparıblar, lakin konkret təklif hələ irəli sürülməyib.

Mənbənin sözlərinə görə, Çikaqoda yerləşən "Northern Trust" tərəfi birləşmə ideyasına isti baxmır və sövdələşməyə qarşı çıxır. Əgər birləşmə baş tutsa, bu, 3 trilyon ABŞ dollarından çox vəsaiti idarə edən aktiv idarəçiliyi üzrə qlobal nəhəngin yaranmasına səbəb ola bilər. Hazırda "Northern Trust"ın bazar dəyəri 21 milyard dolları ötür.

Dünyanın ən böyük depozitar bankı olan “BNY Mellon” və “Northern Trust” institusional investorlar üçün aktivlərin saxlanması, kapital idarəçiliyi və arxa ofis xidmətləri üzrə ixtisaslaşır. “BNY Mellon” mümkün birləşmə ilə bağlı növbəti addımlar, o cümlədən rəsmi təklif təqdim etmək imkanını nəzərdən keçirir. Lakin danışıqlar hələlik ilkin mərhələdədir və sövdələşmənin baş tutacağına dair heç bir zəmanət yoxdur.

Paşa Məmmədli

Seçilən
40
33
valyuta.az

10Mənbələr