AZ

Yunanıstanın İzmirlə qonşu adası alovlara büründü

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Egey dənizindəki turistik Sakız Adası adasında baş verən meşə yanğını adalılara qorxulu yuxu yaşadıb. 24 saat davam edən yanğında 3 ev yanıb, 17 məhəllə və kənd təxliyə edilib. Adalılar gecəni küçələrdə keçiriblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Egey dənizindəki turistik Sakız adasındakı meşəlik ərazidə dünən günorta saatlarında başlayan meşə yanğını güclü küləyin təsiri ilə sürətlə böyüyüb.

Adadakı 3 məhəllə əhalisinin kabusuna səbəb olan yanğında bəzi evlər boşaldılıb, vətəndaşlar ərazidən uzaqlaşdırılıb.

Üç fərqli nöqtədə eyni vaxtda başlayan və nəzarətsiz böyüyən yanğına ətraf adalardan və Afinadan 430 yanğınsöndürən, 28 nəqliyyat vasitəsi, 2 təyyarə, 9 helikopter və bir piyada birliyi qatılıb.

İlkin məlumata görə, 3 ev yanıb, 17 kənd və məhəllə boşaldılıb. Adalılar gecəni adanın mərkəzində təhlükəsiz ərazidə keçiriblər.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
icma.az

1Mənbələr