TBİLİSİ, 23 iyun. TELEQRAF
Gürcüstanın müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərdinən biri Mamuka Xazaradze 8 ay müddətinə həbs olunub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi şəhər məhkəməsi qəbul edib.
Qərarla siyasətçi iki il müddətinə dövlət vəzifəsi tutmaq hüququndan da məhrum edilib.
Xatırladaq ki, M.Xazaradze parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunur.
Qeyd edək ki, məhkəmənin bugünkü qərarı ilə eyni ittiham üzrə müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Zurab Caparidze 7 ay müddətinə azadlıqdan məhrum edilib, digər müxalifət liderləri - Nika Meliya, Zurab Caparidze, sabiq müdafiə naziri İrakli Okruaşvili ötən ay, Nika Qvaramiya isə iyunun 13-də həbsə alınıblar.