AZ

Kolumbiyada üsyançılar 57 əsgəri oğurlayıb

Kolumbiyalı üsyançılar 57 hərbçini əsir götürüb və saxlayıblar.

Korrespondent.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, dörd zabit və 53 əsgər Kolumbiyanın cənub-qərbindəki Kauka departamentinin Argeliya bələdiyyəsində Karlos Patinyo qrupunun üzvləri tərəfindən əsir götürülüb.

Müdafiə Nazirliyi əsgərlərin oğurlanmasını qəti şəkildə pisləyib, bunu cinayət və dövlətə qarşı təhqir kimi qiymətləndirib. Kolumbiya ordusunun əsgərləri azad etmək və yerli əhalini qorumaq üçün tədbirlər gördüyü bildirilib.

Seçilən
0
1
korrespondent.az

4Mənbələr