Bakı. Trend:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbitəhsil sahəsində bağlanmış müqaviləyə əsasən, RusiyaFederasiyasının Sankt-Peterburq şəhərindəki S.M.Kirov adına HərbiTibb Akademiyasında klinik ordinatura və baza ali tibb təhsilisəviyyələri üzrə təhsil alan azərbaycanlı məzunların buraxılışmərasimi keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərasimdə çıxış edənlər məzunları təbrik edib,onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Müvafiq təhsil səviyyələrini müvəffəqiyyətlə bitirən AzərbaycanOrdusunun hərbi qulluqçularına diplomlar və döş nişanları təqdimedilib.
Cari ildə bu ali hərbi təhsil müəssisəsindən klinik ordinaturasəviyyəsi üzrə 8 və baza ali tibb təhsili səviyyəsi üzrə 2Azərbaycan Ordusunun tibb xidməti zabiti məzun olub. Baza ali tibbtəhsili səviyyəsi üzrə təhsil alan tibb xidməti leytenantı RəşadDəvrişov akademiyanı fərqlənmə ilə bitirib.