"Flaş" filminin ulduzu, üç il meşədə yaşayan Ezra Miller İtaliyada keçirilən festivalda ictimaiyyət qarşısına qadın paltarında və əlində pivə şüşəsi ilə çıxıb.
Yenisabah.az xəbər verir ki, Miller yaxın zamanda “Lo Speciale Giornale” nəşrinə verdiyi müsahibədə Hollivuda “müvəqqəti əsaslarla” qayıtmaq niyyətində olduğunu bildirib:
“Hazırda dostum Linn Ramsi ilə vampir mövzusunda bir layihə üzərində işləyirəm və bu filmdə baş rolu canlandıracağam. Bir neçə il təcriddə yaşadıqdan sonra cəmiyyətə yenidən uyğunlaşmaq mənim üçün çətindir. Əgər üç il meşədə yaşamısınızsa, sizə birbaşa Kann şəhərinə — bütün fotoqrafların, qəribələrin və varlı soyqırım dəstəkçilərinin yığışdığı yerə getməyi tövsiyə etməzdim, nə demək istədiyimi anlayırsınız”.
Qeyd edək ki, Ezra Miller 2022-ci ilin yazında Havay adalarında iki dəfə xuliqanlıq və təcavüzə görə həbs olunub, onu yetkinlik yaşına çatmayan şəxsi əxlaqsızlığa təhrik etməkdə, həmçinin üç uşaqla birlikdə bir ananı qaçırmaqda ittiham ediblər — iddiaya görə, Miller bu ailəyə məişət zorakılığından qaçmaqda kömək edib. Daha sonra həmin qıza qarşı verilmiş müvəqqəti təcavüz qadağası ləğv olunub, çünki artıq 19 yaşı olan qız bildirib ki, aktyor ona heç vaxt toxunmayıb.
Aydan Hacıbalazadə
Telegram kanalımız