AZ

Avtomobillərin rəngləri onların qiymətlərinin düşməsinə necə təsir edir? ARAŞDIRMA FOTO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-da fəaliyyət göstərən “iSeeCars” analitik şirkətinin apardığı son araşdırma avtomobil bazarında maraqlı bir məqamı üzə çıxarıb. 

Avtosfer.az xəbər verir ki, avtomobilin texniki göstəriciləri, yürüşü və ya markası qədər onun rəngi də ikinci əl bazarda qiymətinə mühüm təsir göstərir. Hətta bəzi rənglər avtomobilin dəyərinin daha tez və daha çox itməsinə səbəb olur.

Araşdırmanın nəticələrinə görə, istifadə olunmuş avtomobillər üç il ərzində orta hesabla 31 faizədək dəyər itirir. Bu göstərici avtomobilin növündən asılı olaraq dəyişir. Məsələn, minik avtomobillərində bu rəqəm 29,9 faiz, krossover tipli yolsuzluq avtomobillərində 32,7 faiz, pikaplarda isə 27,1 faiz təşkil edir.

Əldə olunan məlumatlar göstərir ki, bəzi rənglər bu prosesə daha çox təsir edir. Məsələn, qızılı, qəhvəyi və yaşıl rəngli avtomobillər minik seqmentində daha tez ucuzlaşır. Krossoverlər arasında isə qara və ağ rəngli avtomobillərin dəyər itirmə faizi daha yüksək olub. Pikaplarda isə qırmızı və bej rənglərin ucuzlaşma ehtimalı daha çoxdur.

Araşdırmanın daha bir maraqlı nəticəsi isə odur ki, yalnız bahalı avtomobillər deyil, sərfəli və orta sinif avtomobillər də rəng seçimi səbəbindən ciddi dəyər itkisinə məruz qala bilər. Ekspertlər qeyd edir ki, hətta bazarda “asan satılan” avtomobillərdə belə yanlış rəng seçimi sahibinə maddi itki yaşada bilər.

Mütəxəssislərin tövsiyəsinə görə, ikinci əl bazarda avtomobil satmaq istəyənlər yalnız mühərrik gücü və yürüş göstəricilərinə deyil, rəng seçiminə də ciddi yanaşmalıdırlar. Xüsusilə qızılı, qəhvəyi və qara rənglər ikinci əl bazarda daha az dəyərə satılır və potensial alıcılardan daha az maraq görür.

Beləliklə, avtomobil alarkən rəng sadəcə estetik seçim deyil, həm də gələcək maliyyə itkilərinin qarşısını almaq baxımından vacib meyardır. Araşdırma bir daha sübut edir ki, rəngin alqı-satqıya təsiri gözlənildiyindən daha böyükdür.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
avtosfer.az

2Mənbələr