AZ

İran MAQATE dən çıxır: Tehran məsuliyyəti öz üzərindən atmaq istəyir

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığın dayandırılması ilə bağlı qanun layihəsini agentliyin siyasiləşmiş mövqeyinə görə qəbul etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslam Respublikası parlamenti Məclisinin sədri Məhəmməd Baqir Qalibaf məlumat verib. Onun sözlərinə görə, MAQATE üzərinə götürdüyü öhdəliklərdən heç birini yerinə yetirə bilmir və siyasi alətə çevrilib.

İranın MAQATE-dən çıxması hansı dəyişikliklərə səbəb ola bilər? MAQATE doğrudanmı siyasiləşmiş mövqedən çıxış edir?

Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İranın MAQATE-dən çıxması dəyişikliklərə səbəb ola bilər və bu, İrana qarşı təzyiqləri daha çox artıra bilər:

"İranla bağlı hazırkı vəziyyət olduqca qeyri-müəyyəndir. İran iddialı çıxış edir, ABŞ üç şəhərdə olan nüvə obyektlərinə ciddi zərbələr endirdiyini bildirir. İranın MAQATE-dən çıxması məsuliyyəti öz üzərindən atması deməkdir. Yəni, İran uranın zənginləşdirilməsi üçün daha çox addımlar atmaq istəyə bilər. Məlumdur ki, indiki məqamda İrana raket hücumları və bombardmanlar davam edir".

İranın MAQATE-dən çıxmasının başlıca səbəbinin məsuliyyətlə bağlı olduğunu bildirən politoloqun fikrincə, Tehran məsuliyyəti öz üzərindən atmaq istəyir. Mövcud vəziyyətdə iranlı nüvə alimlərinin çoxu öldürülsə də, İranın bu işi davam etdirə biləcək potensiallı insanları var.

Rüstəm Tağızadə: Bu, İrana qarşı təzyiqləri daha çox artıra bilər

Müsahibimiz hesab edir ki, MAQATE-nin siyasiləşmiş mövqedən çıxış edib-etməməsindən asılı olmayaraq, Onun sözlərinə görə, ABŞ böyük dövlət olaraq öz gücünü göstərmək istəyəcək:

“Çünki MAQATE BMT kimi bir təşkilatdır və birbaşa təsir imkanı zəifdir. İran hələlik MAQATE-dən çıxmayıb, ona görə də bir qədər gözləmək lazımdır".

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
bakivaxti.az

2Mənbələr