AZ

Kartapolov: İran çətin ki, ABŞ hədəflərini vursun

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

"Tehran Yaxın Şərqdəki münaqişəyə müqavimət göstərməkdə davam edəcək".

Bakıvaxtı.az "Zvezda" telekanalına istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib.

Onun sözlərinə görə, İran artıq heç bir sülh danışıqlarına meylli deyil. Ona görə də müqavimət göstərməyə davam edəcək:

"Lakin İran çətin ki, Amerika hədəflərinə zərbə endirsin. İran İsrailə qarşı zərbələr endirməkdə çox bacarıqlıdır. Demək olar ki, hər raket zərbəsinin yarısı öz hədəfini tapır. Ona görə də İsrail tezliklə hər şeyi daha dolğun hiss edəcək".

Kartapolov həmçinin qeyd edib ki, ABŞ-nin İran ərazisinə zərbələri hər cür dünya nizamının sona çatmasına səbəb olur. 

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
bakivaxti.az

3Mənbələr