Macarıstan və Slovakiya Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbul edilməsinin qarşısını alıblar.
Missiya. Az xarici mediaya istinadən xəbər verir ki, Bu barədə Macarıstanın xarici işlər naziri Peter Sijarto Belçika paytaxtındakı iclasən fasiləsində bildirib.
"Bu gün Slovakiya ilə birgə 18-ci sanksiyalar paketinin qəbulunun qarşısını aldıq. Bunu ona görə etdik ki, bu halda Macarıstan və Slovakiya da daxil olmaqla Aİ ölkələrinə Rusiya təbii qazı və ucuz rus xam neftini almaq qadağan olunacaqdı" -, Macarıstan XİN rəhbəri M1 telekanalı tərəfindən yayımlanmış açıqlamasında belə deyib.
Elcan
Missiya.Az