AZ

PSJ-nin hücumçusu Premyer Liqa yolunda

“Yuventus”un PSJ-dən icarəyə götürdüyü Randal Kolo Muani karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Msport.az xəbər verir ki, fransalı hücumçunun xidmətində “Çelsi” maraqlıdır.

“Zadəganlar”ın nümayəndələri 26 yaşlı futbolçunun potensial transferi ilə bağlı Paris nəhəngi ilə danışıqlara başlayıb. “Yuventus” da öz növbəsində Kolo Muanini daha bir mövsüm heyətində saxlamaq istəyir.

Randal ötən mövsüm İtaliya çempionatında “qoca sinyora”nın heyətində 16 oyun keçirib. Hücumçu bu görüşlərdə 8 qol vurub və 1 məhsuldar ötürmə verib.

Seçilən
0
2
msport.az

3Mənbələr