AZ

ACF rəsmiləri Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları ilə görüşüblər

Cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.

Azərbaycan Cüdo Federasiyasından (ACF) "Report"a verilən məlumata görə, görüşdə ACF-nin vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezident Rəşad Rəsullu, prezidentin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak ediblər.

Federasiya rəhbərliyi idmançılara olan etimadını ifadə edərək, onlardan Avropa çempionatında uğurlu nəticələr gözlədiklərini vurğulayıb. Cüdoçulara həmçinin qarşıdakı yarışla bağlı tövsiyələr verilib.

Qeyd edək ki, cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı 26–29 iyunda Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. Qitə birinciliyində Azərbaycanı ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) fərdi mübarizədə təmsil edəcək. Ölkəmiz turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.

Seçilən
10
7
report.az

9Mənbələr