AZ

Azərbaycan Cüdo Federasiyasında Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

22 iyul — Milli Mətbuat Günü münasibətilə Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən media nümayəndələri üçün xüsusi tədbir təşkil olunub.

90deqiqe.Az xəbər verir ki, mərasimdə jurnalistlər və federasiya rəsmiləri iştirak ediblər. ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu çıxış edərək, media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib və onların Azərbaycan cüdosunun təbliğindəki rolunu yüksək qiymətləndirib.

Rəşad Rəsullu 2024-cü ilin Azərbaycan cüdosu üçün bir sıra önəmli hadisələrlə yadda qaldığını vurğulayıb. Tədbir çərçivəsində tatami üzərində kata üzrə nümunəvi çıxış təqdim olunub.

Bayrama özəl keçirilən tədbir əyləncəli oyunlarla davam edib, media nümayəndələri üçün xoş atmosfer yaradılıb.

Seçilən
8
50
90deqiqe.az

10Mənbələr