AZ

“İrəvan Bakı ilə münasibətləri normallaşdırmağa çalışır” - Kostanyan

Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş çox müsbət atmosferdə keçib.

Modern.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan yerli mətbuata bildirib.

"Tərəflər ikitərəfli münasibətlər və regional proseslərlə bağlı bir-birinə öz mövqelərini təqdim edib. Ermənistan tərəfi bu görüşü müsbət qiymətləndirir".

Türkiyə prezidentinin İrəvanın "Sülh kəsişməsi" layihəsinə münasibətilə bağlı suala Kostanyan belə cavab verib:

"Təbii ki, regional kommunikasiyaların açılması mövzusu da müzakirə olunub. Hər iki tərəf blokun açılmasının vacibliyini vurğulayıb".

Azərbaycanın tələblərini davam etdirməsi, Türkiyənin isə bu tələbləri yerinə yetirmədən münasibətləri normallaşdırmayacağı bu halda münasibətləri tənzimləmək, sərhədləri açmaq mümkün olacaqmı?

Kostanyan suala belə cavab verib:

"Bu, üzərində işləmək lazım olan məsələdir. Eyni zamanda, məlum olduğu kimi, Ermənistan hökuməti məqsədyönlü şəkildə Azərbaycanla münasibətləri normallaşdırmaqla məşğuldur".

Seçilən
5
1
modern.az

2Mənbələr