"Qarabağ"ın Avstriyada keçirəcəyi təlim-məşq toplanışı zamanı yoxlama oyununda qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib.


Rekord.az xəbər verir ki, Azərbaycan çempionu Ukraynanın "Metalist" klubu ilə üz-üzə gələcək.


Xarkov təmsilçisinin mətbuat xidməti açıqlayıb ki, qarşılaşma iyulun 7-də keçiriləcək.