Bakı. Trend:
Qərbi Azərbaycan İcmasının təşəbbüsü ilə Gənclər və İdmanNazirliyi, Azərbaycan Futbol Federasiyası və Mini FutbolFederasiyasının dəstəyi ilə Qərbi Azərbaycan kuboku uğrunda 2-cimini futbol turniri keçirilir.
Təşkilat komitəsinin üzvü Həsən Həsənov bildirib ki, turnirinməqsədi Qərbi Azərbaycan kökənli gənclərin sağlam həyat tərzini,onların birliyə və Azərbaycana olan sevgisini daha da artırmağanail olmaqdır. Turnirin daha bir məqsədi Qərbi Azərbaycan kökənligənclərin iştirakı ilə vahid futbol komandası yaratmaq və gələcəkdəölkə miqyaslı yarışlarda bölgəni təmsil etməkdir.
H.Həsənov bildirib ki, turnirə qatılan komandaların heyətlərindəyetərincə güvəniləcək futbolçular var.
"Düşünürəm ki,yaradılacaq komanda ölkə miqyaslı yarışlarda uğurlaçıxış edərək regionu və Azərbaycanı beynəlxalq yarışlarda layiqincətəmsil edəcəkdir. Təşkilat Komitəsinin adından bizə dəstək olanlaravə çoxsaylı azarkeşlərə öz minnətdarlığımı bildirirəm" - deyəH.Həsənov vurğulayıb.
Onu da qeyd edək ki, Qərbi Azərbaycan kuboku uğrunda 2-ci minifutbol turniri davam edir. Gərgin və maraqlı mübarizələrinnəticəsində artıq liderlər müəyyənləşib: 3-cü yer uğrunda Paşalı FKvə Böyük Qarakilsə FK, finalda isə Loru FK və Amasiya FKyarışacaqlar.