AZ

Paytaxtın daha 3 ünvanında mindirib-düşürmə yerləri yaradılıb

Bakı. Trend:

Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinlərimindirib-düşürməsi üçün daha 3 ünvanda xüsusi yerlər yaradılıb.

Bu barədə Trend-ə AzərbaycanYerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilir ki, növbəti belə yerlər Rəşid Behbudov küçəsində(Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının qarşısı),Rəşid Behbudov və Mikayıl Rəfili, eləcə də 28 May və Fikrət Əmirovküçələrinin kəsişmələrində təşkil edilib. Ərazilərdə müvafiqlövhələr də yerləşdirilib.

"Mindirib-düşürmə yerlərindən istifadə zamanı ictimainəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısavaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarınaəməl edilməlidir. Bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyatvasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyinəzərə alınmaqla təşkil edilir. Məqsəd avtobus zolaqlarında ictimainəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinəimkan yaratmaqdır", - qurumdan qeyd olunub.

Məqalədə:
Seçilən
283
31
az.trend.az

10Mənbələr