"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone komandasının klublararası dünya çempionatının pley-off mərhələsinə yüksəlmək şanslarını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, İspaniya klubunun mətbuat xidməti argentinalı çalışdırıcının dediklərini belə çatdırıb:
"Atletiko"nun qrupdan çıxmaq şansları? Futbolçularıma inanıram, onlar çox yaxşıdır. Komanda bunu dəfələrlə edib, hətta həlledici matçda üç qolla qalib gəlib. Bunu yenə bacaracaqlarına əminəm".
Qeyd edək ki, ABŞ-də keçirilən turnirdə iki oyundan sonra üç xalı olan “Atletiko” öz qrupunda üçüncü yerdədir. Simeonenin komandası son turda qrupun lideri olan Braziliyanın “Botafoqo” klubu ilə qarşılaşacaq.
Mirağa