AZ

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində Yay Məktəbi fəaliyyətini davam etdirir (FOTO)

Bakı. Trend:

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM)uşaq, yeniyetmə və gənclər üçün ənənəvi Yay Məktəbi bu mövsüm dəfəaliyyətini davam etdirir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məktəbdəingilis, rus, gürcü və fransız dili kursları, eləcə də şahmat,proqramlaşdırma, video montaj, rəsm və məntiq üzrə təlimlər təşkilolunur.

Dmanisi, Marneuli və Keşəlidə “Sən və Süni İntellekt” mövzusundatəlimlər artıq uğurla başa çatıb. İdman sahəsində güləş və cüdoməşğələləri keçirilir.

Həmçinin yay boyunca müxtəlif ekskursiyalar, inkişafyönümlütəlimlər və maarifləndirici görüşlərin təşkili planlaşdırılıb.

İyul ayının sonunda ənənəvi xarakter alan, Rəşid Pəhləvanınxatirəsinə həsr olunan, güləş üzrə 3-cü Marneuli açıq turnirikeçiriləcək. Bu il beynəlxalq status alacaq turnirdə Gürcüstanlayanaşı Azərbaycandan güləş komandasının iştirakı da nəzərdətutulur.

GAİM-in bu təşəbbüsü bölgədə yaşayan uşaq, yeniyetmə vəgənclərin bilik və bacarıqlarının artırılmasına, onların şəxsiinkişafına və sosial fəallığının gücləndirilməsinə mühüm töhfəverir.

Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Seçilən
33
1
az.trend.az

2Mənbələr