AZ

“Difai”də İdarə Heyəti yaradılacaq

Məlum olduğu kimi, 2026-cı ildə “Difai” təşkilatının yaradılmasının 120 illiyi qeyd olunacaq. Bunu nəzərə alan “Difai” futbol klubu mühüm qərar qəbul edib.

Belə ki, 2025/26 mövsümündə komandanın uğurlu çıxışını təmin etmək, klubun fəaliyyətinin təkmilləşdirilmək, yaranan maneələrin tez və operativ aradan qaldırılması məqsədilə İdarə Heyətinin yaradılması lazım bilinib. İdarə Heyətinin əsas istiqamətləri artıq müəyyənləşdirilib. Bura marketinq strategiyasının işlənməsi, klubun nüfuzunun artırılması, beynəlxalq arenada “Difai” adının brend olaraq tanınması, sponsor və digər tərəfdaşların cəlb edilməsi daxildi.

Xatırladaq ki, “Difai” 2022-ci ildə yaradılıb. Komanda Region Liqasında uğurlu mübarizə aparandan sonra 1-ci liqaya yüksəlib. Kollektiv ötən iki mövsümdə çempionatda yerini qorumağı bacarıb. İdarə Heyətinin tərkibi yaxın günlərdə açıqlanacaq. Klub bununla bağlı ictimaiyyətə rəsmi açıqlama verəcək.

Seçilən
1
1
football-plus.az

8Mənbələr