Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) redaksiya müdiri Ramin Qurban ilə “Xəbər jurnalistikası – rəsmi informasiyanın təqdimat formaları” mövzusunda interaktiv görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Ramin Qurban rəsmi məlumatların strukturlaşdırılması, mənbələrin dəqiqliyi, jurnalist etikası kimi mühüm mövzularda çıxış edərək könüllülərlə öz peşəkar təcrübəsini bölüşüb. O, həmçinin rəsmi informasiyanın təqdimatında jurnalistin rolu, operativlik və obyektivlik prinsipləri barədə praktik nümunələr əsasında izahlar verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.