Bu il Aşura günü iyulun 5-nə təsadüf edir.
Bu barədə Gundem.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının məlumatına görə, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir.