AZ

İran ABŞ ın ən böyük bazasını vurdu SEPAH dan sərt bəyanat

ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın nüvə obyektlərinə hücumuna cavab olaraq İran güclü hərbi cavab verib.

Turkustan.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gecə Qətərdə yerləşən və ABŞ-ın Qərbi Asiyada ən böyük hərbi bazası sayılan Əl-Udeyd aviabazasına raket zərbələri endirdiyini bəyan edib.

SEPAH-ın yaydığı rəsmi məlumatda bildirilir ki, bu zərbələr "Bəşarət əl-Fəth" (Qələbə müjdəsi) adlı cavab əməliyyatı çərçivəsində həyata keçirilib və İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib. Əməliyyata İranın ən yüksək hərbi orqanı olan “Xatəm əl-Ənbiyə” Mərkəzi Komandanlığı rəhbərlik edib.

Bəyanatda yer alan ən diqqətçəkən mesaj isə belədir:

"Zərbə vurub qaçmaq dövrü artıq bitib. Təkrar hücumlar ABŞ-ın Qərbi Asiyadakı mövcudluğunun sonunu sürətləndirəcək".

SEPAH həmçinin xəbərdarlıq edib ki, əgər hücumlar davam edərsə, bu, yalnız ABŞ-ın regiondakı hərbi infrastrukturunun deyil, həm də "sionist rejimin" tamamilə çöküşünə səbəb olacaq.

Hazırda regionda gərginlik pik həddə çatıb və qarşılıqlı hücumların yeni mərhələyə keçəcəyi istisna olunmur. musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
50
icma.az

10Mənbələr