AZ

İranın Qətər və İraqdakı ABŞ bazalarına raket zərbələrinin görüntüləri yayılıb (VİDEO)

Bakı. Trend:

Sosial şəbəkələrdə İranın ABŞ-ın Qətər və İraqdakı bazalarınaraket atması ilə bağlı görüntülər yayılıb.

Trend xəbər verir ki, İranın ABŞ hərbi bazalarına qarşıəməliyyatı “Qələbə müjdəsi” adlanır.

Tehran bu əməliyyatı Qətər və İraqdakı bazalarına qarşı həyatakeçirir.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ınQətərdəki bazasına hücumla bağlı bəyanat yayıb.

"Amerika Birləşmiş Ştatlarının cinayətkar rejiminin İran İslamRespublikasının dinc nüvə obyektlərinə qarşı açıq-aşkar hərbitəcavüzü və beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavabolaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə və“Xatəmül-Ənbiya” Mərkəzi Komandanlıq Qərargahının rəhbərliyialtında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) QətərdəkiƏl-Udeyd bazasına güclü raket zərbəsi endirib", - deyə bəyanatdabildirilib.

Bazanın Hərbi Hava Qüvvələrinin qərargahı olduğu və ABŞ-ninQərbi Asiyada ən böyük strateji aktivi olduğu qeyd edilib.

"İran İslam Respublikası heç bir halda öz ərazi bütövlüyü,suverenliyi və milli təhlükəsizliyinə qarşı heç bir təcavüzücavabsız qoymayacaq", - deyə bildirilib.

Seçilən
4
11
az.trend.az

10Mənbələr