Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi İranın Qətərdəki Əl-Udeyd aviabazasına birneçə qısa və orta mənzilli raketlər atdığını təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə nazirliyin rəsmiaçıqlamasında bildirilib.
"Hazırda amerikalı hərbi qulluqçular arasında itkilər barədəməlumat daxil olmayıb. Biz vəziyyətin gedişatını diqqətləizləyirik", - Pentaqonun açıqlamasında qeyd edilib.
Qeyd edək ki, İran ABŞ-nin Qətər və İraqdakı bazalarına raketzərbələri endirib.
İranın ABŞ hərbi bazalarına qarşı əməliyyatı “Qələbə müjdəsi”adlanır.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ınQətərdəki bazasına hücumla bağlı bəyanat yayıb.
"Amerika Birləşmiş Ştatlarının cinayətkar rejiminin İran İslamRespublikasının dinc nüvə obyektlərinə qarşı açıq-aşkar hərbitəcavüzü və beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavabolaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə və“Xatəmül-Ənbiya” Mərkəzi Komandanlıq Qərargahının rəhbərliyialtında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) QətərdəkiƏl-Udeyd bazasına güclü raket zərbəsi endirib", - deyə bəyanatdabildirilib.
Bazanın Hərbi Hava Qüvvələrinin qərargahı olduğu və ABŞ-ninQərbi Asiyada ən böyük strateji aktivi olduğu qeyd edilib.
"İran İslam Respublikası heç bir halda öz ərazi bütövlüyü,suverenliyi və milli təhlükəsizliyinə qarşı heç bir təcavüzücavabsız qoymayacaq", - deyə bildirilib.