AZ

İranın Qətər və İraqdakı ABŞ bazalarına raket zərbələrinin görüntüləri yayılıb - VİDEO

Sosial şəbəkələrdə İranın ABŞ-ın Qətər və İraqdakı bazalarına raket atması ilə bağlı görüntülər yayılıb.

 

Tehran bu əməliyyatı Qətər və İraqdakı bazalarına qarşı həyata keçirir.

 

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qətərdəki bazasına hücumla bağlı bəyanat yayıb.

 

"Amerika Birləşmiş Ştatlarının cinayətkar rejiminin İran İslam Respublikasının dinc nüvə obyektlərinə qarşı açıq-aşkar hərbi təcavüzü və beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavab olaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə və “Xatəmül-Ənbiya” Mərkəzi Komandanlıq Qərargahının rəhbərliyi altında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdəki Əl-Udeyd bazasına güclü raket zərbəsi endirib", - deyə bəyanatda bildirilib.

 

Bazanın Hərbi Hava Qüvvələrinin qərargahı olduğu və ABŞ-nin Qərbi Asiyada ən böyük strateji aktivi olduğu qeyd edilib.

 

"İran İslam Respublikası heç bir halda öz ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyinə qarşı heç bir təcavüzü cavabsız qoymayacaq", - deyə bildirilib.

 

Tarix: 23 İyun 2025, 22:13   
Seçilən
6
11
pravda.az

10Mənbələr