AZ

Ağ Ev İranın cavab zərbəsindən sonra gərginliyin artmasını istəmir - KİV

Ağ Ev İranın cavab zərbəsindən sonra gərginliyin artmasını istəmir.

Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib ki, prezident Donald Trampın administrasiyası ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi son hava zərbələrindən sonra Tehranın cavab tədbirləri görəcəyini gözləyirdi.
 

Onun sözlərinə görə, Vaşinqton regionda daha da hərbi müdaxiləyə can atmır.


“Biz onların cavab verəcəyini bilirdik. Onlar eyni şəkildə Süleymaninin öldürülməsindən sonra da cavab vermişdilər”, — deyə vəzifəli şəxs bildirib və 2020-ci ildə İranlı general Qasım Süleymaninin aviazərbə nəticəsində qətlə yetirilməsini xatırladıb.

Bizim.Media

Seçilən
66
40
bizim.media

10Mənbələr