Azərbaycan I Liqasında çıxış edən “Difai”nin yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komandanın sükanı Araz Bağırova tapşırılıb.
43 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Araz Bağırov son olaraq “Kəpəz” klubunda baş məşqçi köməkçisi kimi fəaliyyət göstərib.