AZ

Reuters: İsrail İrana qarşı əməliyyatı tezliklə yekunlaşdırmaq istəyir

İsrail İrana qarşı əməliyyatı tezliklə yekunlaşdırmaq niyyətindədir və bu barədə ABŞ-ni xəbərdar edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə israilli rəsmilər bildiriblər.

İsrail hakimiyyəti cavab zərbələrini qabaqlamaq məqsədilə müharibəni bitirmək üçün ən yaxşı strategiya axtarır. Agentliyin mənbələrindən birinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələri komandanlığı məqsədlərinə çatmağa yaxın olduğunu düşünür.

Rəsmilər və analitiklər “Reuters” agentliyinə bildiriblər ki, İsrail İrana qəfil zərbə endirmək anını təxmin edib, lakin döyüşlərin sonunu nəzarətdə saxlaya bilmir, buna görə də, Tehran atəşi davam etdirmək qərarına gələrsə, onu tükəndirmə müharibəsinə cəlb etmək riski var.

Seçilən
9
4
report.az

5Mənbələr