Yaxın Şərqdə yeni bir mərhələnin astanasındayıq. İsrail-İran qarşıdurması artıq təkcə silahların dili ilə deyil, dini-ideoloji simvollarla da müşayiət olunur.
Bu kontekstdə diqqətçəkən üç paralel hadisə var:
İsrailin 13 iyun tarixində başlatdığı "Yüksələn şir" əməliyyatı, "F-35" qırıcılarının istifadə etdiyi strateji hava-logistika marşrutunun qeyri-rəsmi olaraq "Davud dəhlizi" adlandırılması və İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin "X" sosial şəbəkəsində paylaşdığı simvolik mesaj: "Əli Zülfüqarla Xeybərə qayıdır".
Bəs bu simvolik şifrlər nədən xəbər verir?
"Hərbi xronika" rubrikasının yeni buraxılışında bu və digər suallara aydınlıq gətirilib.
Ətraflı Baku TV-nin süjetində: