AZ

Tramp: İsrail və İran tam atəşkəsə razılaşıblar

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"İsrail və İran yaxın saatlarda atəşi tam dayandırmağa razılaşıblar".

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp "Truth Social"da yazıb.

"Hamını təbrik edirəm! İsrail və İran arasında tam və ümumi şəkildə razılaşdırılıb ki, təxminən 6 saat sonra, hər iki tərəf hazırda davam edən son missiyalarını başa çatdırdıqdan sonra tam və qəti atəşkəs elan ediləcək", - Tramp yazıb.

O qeyd edib ki, bu atəşkəs 12 saat davam edəcək, və bu müddətin sonunda müharibə rəsmi olaraq bitmiş hesab olunacaq:

"Rəsmi olaraq İran atəşkəsi başlayacaq və 12-ci saatda İsrail də atəşkəsə başlayacaq. 24-cü saat tamam olanda isə, 12 günlük müharibənin rəsmi sonu bütün dünya tərəfindən alqışlanacaq", - Tramp yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
7
oxu.az

10Mənbələr