Bakı. Trend:
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfətəyinat alıb.
Trend-in məlumatına görə, o, Slovakiyada təşkil edilən 21yaşadək futbolçulardan ibarət komandalar arasında Avropaçempionatının yarımfinal mərhələsində keçiriləcək İngiltərə -Niderland oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək.Qarşılaşmanın baş hakimi isə yunanıstanlı Vasilios Fotiasolacaq.
İyunun 25-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-dabaşlayacaq.
Qeyd edək ki, Elçin Məsiyev daha əvvəl Avropa çempionatındaÇexiya - İngiltərə (1:3), Gürcüstan - Portuqaliya (0:4) matçlarınıidarə edib, Almaniya - İtaliya görüşündə (3:2) isə dördüncü hakimolub.