AZ

Məhkəmə 2 nəfəri öldürərək 20 il cəza alan şəxslə bağlı qərarı açıqladı

Şəki Apellyasiya Məhkəməsində iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Namiq Məmmədovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, protest və şikayət təmin edilməyib.


Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasının ilk 5 il müddətə olan hissəsini həbsxanada, qalan 15 il müddətə olan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Qeyd: Ötən ilin may ayında Şəkinin Baş Şabalıd kəndində Namik Məmmədov 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunu güllələyərək qətlə yetirməkdə şübhəli bilinib.


İttihama görə, Namik Məmmədov torpaq sahəsində mal qara otarmaqda günahlandırdığı Azər Sədiyevlə mübahisə edib. Mübahisəyə daha sonra İsrafil Məmmədsoy da qoşulub. Yaranmış münaqişə səbəbindən Namik Məmmədov hər iki şəxsi güllələyərək qətlə yetirib.
 

Məlumata görə, İ.Məmmədsoy Baş Şabalıd kəndində yerləşən tibb məntəqəsinin müdiri olub.


N.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Kamal Məmmədov 

Tarix: 24 İyun 2025, 08:11   
Seçilən
9
1
pravda.az

2Mənbələr